Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, hövzə tələbəsi, dini təbliğatçı və beynəlxalq sahədə fəaliyyət göstərən mədəniyyət xadimi doktor Süheyl Əsəd, müsahibəsində İran və Livan arasındakı tarixi və ideoloji bağlılığın köklərini, eləcə də İslam İnqilabının müqavimət cəbhəsinin formalaşması və güclənməsində oynadığı rolu təhlil edib.
Bu günlərdə diqqət daha çox Livana və müqavimət cəbhəsinə yönəldiyi üçün, bir qədər keçmişə qayıtsaq, İran və Livan, xüsusilə də hər iki ölkənin şiələri arasında mədəni və tarixi əlaqələr necə formalaşdı və bugünkü dərin bağlılıq hansı yolla meydana gəldi?
Təbii ki, xalqlar və ya dövlətlər arasındakı əlaqələr, ümumilikdə isə beynəlxalq məsələlərdən danışarkən, bu əlaqələrin mənşəyini və əsas səbəblərini anlamaq üçün tarixdən başlamaq lazımdır.
İran və Livan arasında sadəcə iki ölkə kimi adi münasibətlər mövcud olubmu? Əlbəttə, turizm və qarşılıqlı gediş-gəliş müstəvisində belə əlaqələr həmişə mövcud olub. Livanlıların bir qismi İranda yaşayıb, iranlıların da bir qismi Livanda məskunlaşıb. Bu, bütün ölkələrin tarixində rast gəlinən təbii bir hadisədir.

Amma mənim fikrimcə, başlanğıc nöqtəsi şiəlik məsələsi olmalıdır, Livan şiəliyi və İran şiəliyi.
Bu mövzuya tarixi baxımdan nəzər salsaq, görərik ki, Livan şiəliyi İrana, İran şiəliyi isə Livana qarşılıqlı təsir göstərib. Bildiyiniz kimi, Livan alimləri, xüsusilə də Cənubi Livanda və Cəbəl-Amil bölgəsində yaşayan şiə alimləri, hətta inqilabdan əvvəl də İranla birbaşa əlaqələrə malik idilər. Tarixdə də məşhurdur ki, Livan alimlərinin bir çoxu, istər şiə mədəniyyəti sahəsində, istər elmi hövzələrdə, istərsə də sonralar mübarizə və cihad meydanında olduqca təsirli rol oynamışlar.
Mən söhbətə belə başlamaq istəyirəm ki, şiəlikdə Əhli-beyt (ə) məktəbinin davamçıları müxtəlif ölkələrdə yaşasalar da, vahid bir bədəni təşkil edirlər. Yəni İslam ümməti daxilində şiəliyin ruhu vahid bir ruhdur.
Məhz buna görə də siz dünyanın harasında olursa-olsun, hər bir şiəyə qarşı yaxınlıq və doğmalıq hiss edirsiniz. Demək istəyirəm ki, şiəlikdə şiə məzhəbi milli kimlikdən, mədəniyyət əsasından və hətta təfəkkür tərzinindən də üstündür. Mən və siz şiə olduğumuz üçün sanki bizi vilayət, imamətə itaət, hamımızın İmamların (ə) övladları olmağımız və ortaq bir ataya mənsub olmağımız ətrafında birləşdirən təkvini bir bağlılıq mövcuddur.
Mənim fikrimcə, bu cür bağlılıq xalqlar arasındakı ən mühüm əlaqələrdən biridir. İslam ümməti ideoloji bir ümmətdir. Yəni biz müəyyən bir ərazidə birlikdə yaşayan insanlar toplusu olmamışdan əvvəl, vahid ideologiyanı düşüncəsində daşıyan ortaq bir ağla malikik və bizi birləşdirən də məhz həmin ideologiyadır.
Bu, mövzunun elmi, fəlsəfi və tarixi tərəfidir. Lakin müasir tarixdə elə hadisələr baş verib ki, mənim fikrimcə, onlar olduqca mühümdür.
Baxın, bəzən iki xalq və ya iki ölkə arasındakı əlaqələrin müxtəlif səviyyələri olur. Məsələn, hər hası bir dövlət ilə digər bir dövlət, hər hası bir xalq ilə başqa bir xalq və ya qeyri-dövlət institutları arasında, məsələn, universitet ilə universitet əlaqələri mövcud olur.
Lakin İran İslam Respublikasının Livanla, xüsusilə də Livan şiələri ilə qurduğu əlaqə çoxtərəfli bir əlaqə idi. Həm dövlət Livan şiə xalqı ilə əlaqə qurdu, həm xalq xalqla, həm də ruhanilər ruhanilərlə əlaqə yaratdılar. Yəni bütün bu səviyyələrdə olduqca yaxın və dərin bir bağlılıq formalaşdı.
Məsələn, inqilabın qələbəsindən sonra Livanda şiə məzhəbi İslam İnqilabının davamlı dəstəyi sayəsində tamamilə dəyişdi.
Mən əslən livanlı biri kimi deyirəm ki, inqilabdan əvvəl Livanda “şiə” dedikdə, üçüncü dərəcəli vətəndaş nəzərdə tutulurdu. Necə ki, bəzən bəzi mühacirlər haqqında deyirlər ki, onlar yalnız fəhləlik və ya yükdaşıyanlıq edirlər, sosial, mədəni və sivilizasiya baxımından irəliləmək imkanları yoxdur, şiələrin vəziyyəti də məhz belə idi.
İmam Musa Sədr Livana gəlməzdən əvvəl “şiə” dedikdə ya yükdaşıyan, ya işsiz, ya da yoxsul və aciz bir insan nəzərdə tutulurdu. Əgər bir qədər irəliləmək istəsəydi, ya xristian olurdu, ya kommunistə çevrilirdi, ya da ölkədən köç edirdi.
Mən özüm də həmin vəziyyətin bir nümunəsiyəm. Atam livanlı və şiə idi. O dövrdə Livanda şiələr üçün heç bir ümid olmadığına görə orada qala bilmədi və təxminən səksən il əvvəl Argentinaya mühacirət etməyə məcbur oldu.
İran İslam Respublikası gəldi və şiə məzhəbi tamamilə gücləndirdi, ona şəxsiyyət qazandırdı. Yəni Livanın tayfa və məzhəb əsaslı ictimai quruluşunda, məzhəb və tayfanın böyük əhəmiyyət daşıdığı bir şəraitdə şiəlik kiçik, sakit və susdurulmuş bir guşədə qalmışdı.
İran İslam Respublikası yarıcanlı, ölüm ayağında olan həmin topluma sanki elektrik şoku verdi, ona yeni ruh bəxş etdi və onu digər tayfalarla yanaşı siyasi iştirak, iqtisadi inkişaf, müqavimət və öz haqqını müdafiə etmək gücü qazanan, söz sahibi olan bir məzhəbə çevirdi.
Mənim fikrimcə, İranın Livanla əlaqəsinin ən mühüm tərəfi məhz budur.
Təbii ki, İslam İnqilabı bu hərəkatı dəstəklədikdən və himayə etdikdən sonra xalqın özü də könüllü şəkildə meydana çıxdı və çoxsaylı əlaqə körpüləri formalaşdırdı.
Media sahəsində Talibzadə kimi şəxslər Livana getdilər, Hizbullah qüvvələri üçün təlimlər keçdilər, müharibə kinosu, sənədli film istehsalı və müqavimət mövzusunda sənədli filmlər sahəsində fəaliyyət göstərdilər. Mənim fikrimcə, bu, İran xalqının bu əlaqələrin möhkəmləndirilməsi istiqamətində göstərdiyi könüllü fəaliyyətin ən mühüm təzahürlərindən biri idi.

İnqilabdan sonra bu əlaqənin necə formalaşdığı ilə bağlı sual yaranır: Əvvəlcə dövlətlər meydana daxil oldular, yoxsa hövzə və xalq səviyyəsindəki əlaqələr buna zəmin yaratdı? Həmçinin qeyd etdiyiniz həmin ilkin “şok” nə idi?
Əslində həmin “şok” 1982-ci ildə, İsrailin Livanı işğal etdiyi dövrə aiddir.
Bundan əvvəl əlaqələr daha çox emosional, ideoloji və dini xarakter daşıyırdı. Lakin hələ elə bir əməli meydan mövcud deyildi ki, biz orada bir araya gələ, birləşə, ortaq düşüncə formalaşdıra və çiyin-çiyinə fəaliyyət göstərə bilək.
1982-ci ildə İsrailin Livanı işğal etməsi Livan şiələrinin İranla münasibətlərində dönüş nöqtəsi oldu.
Həmin dövrdə hələ Hizbullah hərəkatı yaradılmamışdı. Mübarizlər “Əməl Hərəkatı” çərçivəsində fəaliyyət göstərirdilər və hesab edirdilər ki, müqavimət göstərmək, ölkəni müdafiə etmək və İsrailə qarşı silahlı mübarizə aparmaq lazımdır.
Əlbəttə, hamı bu fikirlə razı deyildi. Lakin bir qrup bu mövqedə israr edirdi. Onlar İmam Xomeyninin (r) hüzuruna gedərək məsələni ona çatdırdılar. İmam yalnız belə buyurdu: “Bismillah.” Məhz həmin andan bu yol başlandı.
Daha sonra İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) qüvvələri Livana getdi, Bəlbəkdə təlim kursları təşkil olundu. Bu dövr eyni zamanda Seyid Həsən Nəsrullahın gənclik illərinə təsadüf edirdi və onun müqavimət yolundakı peşəkar fəaliyyəti də elə həmin vaxt başladı.
Əgər bu prosesin başlanğıc nöqtəsini müəyyən etsək, bu, məhz müqavimətin formalaşdırılması idi.
Lakin diqqət etmək lazımdır ki, müqavimət anlayışı təkcə hərbi məna daşımır. Söhbət sadəcə silah verməkdən və döyüşməkdən getmir.
Silahlı müqavimət ideoloji bir prosesin nəticəsidir. İnsan düşüncə və hissiyyatdan başlayaraq müqavimət cəbhəsinə çatır.
Əgər inqilabi düşüncə, ədalət axtarışı, müdafiə ruhu və məsuliyyət hissi olmasa, heç vaxt müqavimət formalaşmaz.
Bu gün də İran istəsə, dünyanın minlərlə nöqtəsinə silah göndərə bilər. Lakin həmin cəmiyyətlərdə məsuliyyət hissi, mübarizə ruhu və inqilabi təfəkkür olmadığından bu baş vermir.
Həmin dövrdən etibarən müqavimət hərəkatı elə bir proses yaratdı ki, silahlı mübarizə ilə yanaşı geniş ictimai mühit də formalaşdı. Bu mühitdə mədəniyyət, məktəb, dini hövzə, universitet, media və incəsənət də öz yerini tutdu.
Müqavimətin mövcudluğu üçün möhkəm ideoloji dayağa ehtiyac var və onu düşüncə əsasları olmadan qoruyub saxlamaq mümkün deyil.
Mənim fikrimcə, Livandakı müqavimət qüvvələrinin ən mühüm addımı özlərini sadəcə bir ordu kimi təqdim etməmələri idi. Onlar bildirdilər ki, biz cihad hərəkatıyıq.
“Hərəkat” ilə “ordu” arasında böyük fərq var. Hərəkat ümmətə məxsusdur; onda yalnız hərbçilər deyil, bütün xalq iştirak etməlidir.
Məhz buna görə də onlar silah göndərdikləri dövrdə din alimləri də göndərirdilər, hüseyniyyələr tikirdilər, məscidlər inşa edirdilər, məktəblər, hətta supermarketlər açırdılar.
Beləliklə, bu cəmiyyətin öz ideallarını və məqsədlərini qoruyub saxlamasına, bütün şiələrin həmin mühitdə inkişaf etməsinə şərait yaradan bir sivilizasiya hərəkatı formalaşdı.
Buna misal çəkmək istəsəniz, bu, İslam İnqilabından sonra İranda baş verən quruculuq və çoxşaxəli inkişaf prosesinin kiçik miqyasda Livana köçürülməsi idi.
Livanda fəaliyyət göstərən şəxslər – İmam Musa Sədrdən Seyid Abbas Musəviyə və Seyid Həsən Nəsrullaha qədər – müqavimətin formalaşması və İranla əlaqələrin qurulmasında hansı rolu oynadılar?
Livanda ruhaniyyətin rolu mərhələli xarakter daşıyırdı. Demək olar ki, hər dövrdə böyük şəxsiyyətlərdən biri meydana çıxaraq bu hərəkatın müəyyən bir istiqamətini qoruyur, gücləndirir və inkişaf etdirirdi.
Müasir tarixə nəzər salsaq, ilk növbədə Seyid Şərəfuddinlə başlamaq lazımdır. Təxminən şiələrin işlərini təşkil edən ilk şəxs o idi. Seyid Şərəfuddin vəfat etməzdən əvvəl İmam Musa Sədri Livana dəvət etdi ki, şiələrin rəhbərliyini öz üzərinə götürsün və bu yolu davam etdirsin.
Beləliklə, bu hərəkatın əsas bünövrəsini Seyid Şərəfuddin qoydu. O, ruhaniyyəti ilk dəfə cəmiyyətə rəhbərlik mövqeyinə gətirən şəxs oldu.
Bəzən ruhani yalnız camaat namazı qılan, dua oxuyan, nikah bağlayan və ya dəfn mərasimlərini icra edən şəxs kimi qəbul olunur. Bu, ənənəvi ruhaniyyət modelidir.
Lakin başqa bir vəziyyətdə ruhani cəmiyyətin mərkəzinə daxil olur və ümmətə rəhbərlik məsuliyyətini öz üzərinə götürür. Seyid Şərəfuddin məhz belə bir mövqeyə yüksəldi və İslam ümmətinin problemlərinin həlli naminə fəal dini rəhbərlik modelini formalaşdırdı.
İmam Musa Sədr Livana gəldikdən sonra bu hərəkatı dövlət daxilində siyasi təmsilçiliyə doğru yönəltdi. Məqsəd yalnız şiələrin öz aralarında birləşməsi və daxili işlərini idarə etməsi deyildi. Onlar həm də Livan dövlət quruluşunun bir hissəsinə çevrilməli idilər.
O, “Ali Şiə İslam Şurası”nı (المجلس الإسلامی الشیعی الأعلی) təsis etdi. Bu, Livan şiələrini və şiəliyi rəsmi şəkildə təmsil edən ilk siyasi qurum idi. Siyasi və dövlət təmsilçiliyi ilə yanaşı, ictimai sahədə də fəaliyyətə başladı. Bunlardan biri şiələrin məhrumiyyət və yoxsulluğunu aradan qaldırmaq məqsədilə yaradılmış “Məhrumlar Hərəkatı” (حرکت المحرومین) idi.
Şiələrin elmi və mədəni səviyyəsini yüksəltmək üçün o, şəhid Mustafa Çəmranı Livana dəvət etdi. Daha əvvəl də qeyd etdiyim kimi, o dövrdə şiələr mədəni, elmi və maarif baxımından ciddi gerilik içində idilər və İmam Musa Sədr onları bu vəziyyətdən çıxarmağa çalışırdı.
Şəhid Çəmran da peşə və texniki təhsil mərkəzləri yaratdı, onları idarə etdi və yeni şiə nəslinin yetişdirilməsində mühüm rol oynadı.
Bununla yanaşı, “Əməl Müqaviməti” məsələsi də gündəmə gəldi. O, İsrailə qarşı mübarizə aparmaq üçün “Livan Müqavimət Dəstələri”ni (أفواج المقاومة اللبنانیة), yəni “Əməl” hərəkatını təsis etdi. Beləliklə, İmam Musa Sədrin fəaliyyəti üç əsas istiqaməti əhatə edirdi: Siyasi iştirak, ictimai və mədəni fəaliyyətlər, həmçinin müqavimətin formalaşdırılması.
Əslində, sonradan Hizbullah hərəkatına çevrilən müqavimət hərəkatının ilkin nüvəsi məhz bu axın idi. Hizbullah rəhbərlərinin çoxu ya İmam Musa Sədrin silahdaşları, ya onun tələbələri, ya da ona dərin məhəbbət və bağlılıq bəsləyən şəxslər idi. Hər halda, İmam Musa Sədr sonradan Müqavimət Cəbhəsinin formalaşması ilə nəticələnən mərhələnin başlanğıcının rəmzi idi.

O dövrün Livan siyasi mühitində və müstəmləkəçi qüvvələrin nüfuzunu nəzərə alsaq, bu hərəkatla mübarizə aparılmadımı? Həssaslıqlar haradan başladı və şiələrlə qarşıdurma nə vaxtdan gücləndi?
Əksinə, məhz buna görə bu hərəkatla mübarizə aparıldı. Hətta vəziyyət o yerə çatdı ki, İmam Musa Sədr oğurlandı və onun taleyi bu günə qədər naməlum olaraq qalır.
Amma baxın, elə əvvəldən şiəliyin təməli çox möhkəm qoyulmuşdu və onu sarsıda bilmədilər. Çoxlu çətinliklər var idi, lakin bu hərəkat İsraillə mübarizəyə hazırlaşdığı üçün ayaqda qalmağı bacardı.
İsraili nəhəng bir fil, Livan şiələrini isə çox kiçik bir varlıq kimi təsəvvür edin. Təbii ki, İsrail bu hərəkatı məhv etmək üçün əlindən gələn hər şeyi edirdi. Lakin onlar özlərini o qədər gücləndirmişdilər ki, bütün bu təzyiqlərə qarşı müqavimət göstərə bildilər. Məhz bu möhkəm təməl və güclü potensial müstəmləkəçiliyin və digər amillərin bu hərəkatı məhv etməsinə imkan vermədi.
Digər tərəfdən, qeyd etdiyim kimi, İran İslam Respublikası ilə əlaqələr əsas rol oynadı. Elə ABŞ və İsrailin son dövrdə İran İslam Respublikasına qarşı apardığı müharibəni nəzərə alın.
Livan şiələri imkanlar, əhali və ya iqtisadi güc baxımından zəif ola bilərdilər, lakin onlar İran İslam Respublikası və İslam İnqilabı adlı böyük bir okeana bağlı idilər. Müstəmləkəçi qüvvələr də bunu hesablayırdılar və anlayırdılar ki, onların qarşısında təkcə bir neçə livanlı şiə gənci yox, arxasında İran İslam Respublikası kimi böyük dayağı olan bir hərəkat dayanır.
Məhz buna görə İran da bu hərəkatın müdafiəsində çox mühüm rol oynadı və bu gün də görürük ki, müqavimət cəbhəsi ilə bağlı bir çox məsələlərdə İran İslam Respublikası təsirli rol oynayır.
Hafiz Əsəd və Suriyanın rolu nə idi? Suriya ordusu niyə müdaxilə etdi?
Suriya ordusu Livandakı vətəndaş müharibəsini dayandırmaq üçün bu ölkəyə daxil oldu.
1975-ci ildən etibarən müxtəlif dini və siyasi qruplar, xüsusilə müsəlmanlarla xristianlar arasında vətəndaş müharibəsi başladı. Hətta Beyrut şəhəri də şərq və qərb hissələrinə bölünmüşdü. Suriya bu qarşıdurmalara son qoymaq məqsədilə Livana daxil oldu və təxminən 1990-cı illərə qədər orada asayişi və təhlükəsizliyi təmin etmək üçün qaldı.
Bu müdaxilə Livan hökumətinin müraciəti ilə olmuşdu?
Baxın, Hafiz Əsədin özü ABŞ ilə problem yaşayırdı və əslində Livan hökuməti heç vaxt tam mənada müstəqil hökumət olmayıb.
Livanın siyasi quruluşu elə formalaşıb ki, əsas rolu dini icmalar və siyasi şəxsiyyətlər oynayırlar. Prezident xristian, baş nazir sünni, parlament sədri isə şiə olur. Hətta parlamentdə deputat yerləri də dini icmalar arasında kvota əsasında bölüşdürülür.
Əslində hər dini icma xarici bir gücə söykənir: Sünnilər bəzi ərəb ölkələrinə, druzlar Suriyaya və ya digər ölkələrə, xristianlar Fransaya və ABŞ-yə, bəziləri isə hətta İsrailə bağlıdır. Livan, əslində, qlobal rəqabətin kiçik bir nümunəsidir.
Buna görə də əsas qərarverici tərəf hökumət deyil. Bir çox qərarlar Livandan kənarda qəbul edilir və hökumətə diktə olunur. Bu gün də baxsanız, Livan hökuməti bir çox təhlükəsizlik məsələsində İsrailin qərarlarından asılı vəziyyətdədir və bunu özləri də gizlətmirlər.
Buna görə də Livan hökumətinin rolunu həddindən artıq ön plana çıxarmaq düzgün deyil. Lakin Suriyanın iştirakı zəruri idi. Livanla həmsərhəd olduğuna görə, hadisələrə ən qısa zamanda müdaxilə edə biləcək yeganə ordu Suriya ordusu idi.
Digər tərəfdən, Suriya İran İslam Respublikası ilə Livan müqaviməti arasında əlaqə körpüsü rolunu da oynayırdı. Çünki İrandan göndərilən silahlar Suriya üzərindən çatdırılırdı. Bundan da önəmlisi, Suriyanın İran İslam Respublikası və müqavimət cəbhəsini dəstəkləyən siyasi mövqeyi idi.
Çoxlu şüarlar verən, lakin sonda geri çəkilən ərəb millətçiliyi cərəyanları arasında mövqeyindən geri çəkilməyən yeganə ölkə Suriya oldu. Elə buna görə də İran İslam Respublikası öz dəstəyini Suriya vasitəsilə Livan müqavimətinə çatdıra bildi.
İmam Musa Sədr və şəhid Mustafa Çəmranın qazandıqları uğurlar Livanın elmi və ictimai həyatına nə dərəcədə təsir göstərdi? Biz bu gün şiələrin siyasi nüfuzunu və hərbi gücünü görürük. Bəs elmi və ictimai sahələrdə də həqiqətən dönüş yarandı? Şiə ziyalıları və alimləri də meydana çıxdılarmı?
Mənim fikrimcə, bu iki böyük şəxsiyyətin ən mühüm nailiyyəti şiələri “yoxluq aləmindən varlıq aləminə çıxarmaları” oldu.
Yəni siz ümumiyyətlə siyasi, ictimai, mədəni, hətta dini tənliklərdə mövcud deyildiniz. Cənubi Livanda bu gün müqavimət sıralarında olan insanların bir çox babaları kommunist idilər. Evlərində Marksın, Leninin və Buna görə də Livan hökumətinin rolunu həddindən artıq ön plana çıxarmaq düzgün deyil. Lakin Suriyanın iştirakı zəruri idi. Livanla həmsərhəd olduğuna görə, hadisələrə ən qısa zamanda müdaxilə edə biləcək yeganə ordu Suriya ordusu idi.
Digər tərəfdən, Suriya İran İslam Respublikası ilə Livan müqaviməti arasında əlaqə körpüsü rolunu da oynayırdı. Çünki İrandan göndərilən silahlar Suriya üzərindən çatdırılırdı. Bundan da önəmlisi, Suriyanın İran İslam Respublikası və Müqavimət Cəbhəsini dəstəkləyən siyasi mövqeyi idi.
Çoxlu şüarlar verən, lakin sonda geri çəkilən ərəb millətçiliyi cərəyanları arasında mövqeyindən geri çəkilməyən yeganə ölkə Suriya oldu. Elə buna görə də İran İslam Respublikası öz dəstəyini Suriya vasitəsilə Livan müqavimətinə çatdıra bildi.
İmam Musa Sədr və şəhid Mustafa Çəhranın qazandıqları uğurlar Livanın elmi və ictimai həyatına nə dərəcədə təsir göstərdi? Biz bu gün şiələrin siyasi nüfuzunu və hərbi gücünü görürük. Bəs elmi və ictimai sahələrdə də həqiqətən dönüş yarandı? Şiə ziyalıları və alimləri də meydana çıxdılarmı?
Mənim fikrimcə, bu iki böyük şəxsiyyətin ən mühüm nailiyyəti şiələri “yoxluq aləmindən varlıq aləminə çıxarmaları” oldu.
Yəni siz ümumiyyətlə siyasi, ictimai, mədəni, hətta dini tənliklərdə mövcud deyildiniz. Cənubi Livanda bu gün müqavimət sıralarında olan insanların bir çox babaları kommunist idilər. Evlərində Marksın, Leninin və Çe Gevaranın şəkilləri asılmışdı və sol düşüncəyə meylli idilər.
Şiə kimliyi demək olar ki, yox səviyyəsində idi. İqtisadi və ictimai inkişaf da demək olar ki, mövcud deyildi. Hətta şiə həkimimiz belə yox idi.
İmam Musa Sədr və şəhid Mustafa Çəhranın böyüklüyü onda idi ki, şiəliyi cəmiyyətin mərkəzinə gətirdilər. Bu, illərlə Dünya Çempionatına qatıla bilməyən bir komandanın ilk dəfə həmin yarışda iştirak etməsinə bənzəyirdi. Həmin komandanın sadəcə turnirdə görünməsi belə böyük uğur sayılır. Şiəlik də o vaxta qədər ictimai-siyasi tənliklərdə yer almırdı, lakin onlar şiəliyi bu meydana çıxardılar.
Bundan sonra inkişaf prosesi davam etdi. Düzdür, İmam Musa Sədr oğurlandı, şəhid Mustafa Çəhran isə şəhid oldu, lakin onların atdığı ilk addım həlledici rol oynadı.
Əsas məsələ o idi ki, əvvəl ümumiyyətlə görünmədiyiniz bir vəziyyətdən bu gün qərar qəbul edən, başqaları ilə eyni masa arxasında oturan, sözü siyasi tənliklərdə eşidilən və nəzərə alınan bir mövqeyə yüksəldiniz.
Buna görə də Livan hökumətinin rolunu həddindən artıq ön plana çıxarmaq düzgün deyil. Lakin Suriyanın iştirakı zəruri idi. Livanla həmsərhəd olduğuna görə, hadisələrə ən qısa zamanda müdaxilə edə biləcək yeganə ordu Suriya ordusu idi.
Digər tərəfdən, Suriya İran İslam Respublikası ilə Livan müqaviməti arasında əlaqə körpüsü rolunu da oynayırdı. Çünki İrandan göndərilən silahlar Suriya üzərindən çatdırılırdı. Bundan da önəmlisi, Suriyanın İran İslam Respublikası və Müqavimət Cəbhəsini dəstəkləyən siyasi mövqeyi idi.
Çoxlu şüarlar verən, lakin sonda geri çəkilən ərəb millətçiliyi cərəyanları arasında mövqeyindən geri çəkilməyən yeganə ölkə Suriya oldu. Elə buna görə də İran İslam Respublikası öz dəstəyini Suriya vasitəsilə Livan müqavimətinə çatdıra bildi.
İmam Musa Sədr və şəhid Mustafa Çəhranın qazandıqları uğurlar Livanın elmi və ictimai həyatına nə dərəcədə təsir göstərdi? Biz bu gün şiələrin siyasi nüfuzunu və hərbi gücünü görürük. Bəs elmi və ictimai sahələrdə də həqiqətən dönüş yarandı? Şiə ziyalıları və alimləri də meydana çıxdılarmı?
Mənim fikrimcə, bu iki böyük şəxsiyyətin ən mühüm nailiyyəti şiələri “yoxluq aləmindən varlıq aləminə çıxarmaları” oldu.
Yəni siz ümumiyyətlə siyasi, ictimai, mədəni, hətta dini tənliklərdə mövcud deyildiniz. Cənubi Livanda bu gün müqavimət sıralarında olan insanların bir çox babaları kommunist idilər. Evlərində Marksın, Leninin və Çe Gevaranın şəkilləri asılmışdı və sol düşüncəyə meylli idilər.
Şiə kimliyi demək olar ki, yox səviyyəsində idi. İqtisadi və ictimai inkişaf da demək olar ki, mövcud deyildi. Hətta şiə həkimimiz belə yox idi.
İmam Musa Sədr və şəhid Mustafa Çəhranın böyüklüyü onda idi ki, şiəliyi cəmiyyətin mərkəzinə gətirdilər. Bu, illərlə Dünya Çempionatına qatıla bilməyən bir komandanın ilk dəfə həmin yarışda iştirak etməsinə bənzəyirdi. Həmin komandanın sadəcə turnirdə görünməsi belə böyük uğur sayılır. Şiəlik də o vaxta qədər ictimai-siyasi tənliklərdə yer almırdı, lakin onlar şiəliyi bu meydana çıxardılar.
Bundan sonra inkişaf prosesi davam etdi. Düzdür, İmam Musa Sədr oğurlandı, şəhid Mustafa Çəhran isə şəhid oldu, lakin onların atdığı ilk addım həlledici rol oynadı.
Əsas məsələ o idi ki, əvvəl ümumiyyətlə görünmədiyiniz bir vəziyyətdən bu gün qərar qəbul edən, başqaları ilə eyni masa arxasında oturan, sözü siyasi tənliklərdə eşidilən və nəzərə alınan bir mövqeyə yüksəldiniz.
Buna görə də Livan hökumətinin rolunu həddindən artıq ön plana çıxarmaq düzgün deyil. Lakin Suriyanın iştirakı zəruri idi. Livanla həmsərhəd olduğuna görə, hadisələrə ən qısa zamanda müdaxilə edə biləcək yeganə ordu Suriya ordusu idi.
Digər tərəfdən, Suriya İran İslam Respublikası ilə Livan müqaviməti arasında əlaqə körpüsü rolunu da oynayırdı. Çünki İrandan göndərilən silahlar Suriya üzərindən çatdırılırdı. Bundan da önəmlisi, Suriyanın İran İslam Respublikası və Müqavimət Cəbhəsini dəstəkləyən siyasi mövqeyi idi.
Çoxlu şüarlar verən, lakin sonda geri çəkilən ərəb millətçiliyi cərəyanları arasında mövqeyindən geri çəkilməyən yeganə ölkə Suriya oldu. Elə buna görə də İran İslam Respublikası öz dəstəyini Suriya vasitəsilə Livan müqavimətinə çatdıra bildi.
İmam Musa Sədr və şəhid Mustafa Çəhranın qazandıqları uğurlar Livanın elmi və ictimai həyatına nə dərəcədə təsir göstərdi? Biz bu gün şiələrin siyasi nüfuzunu və hərbi gücünü görürük. Bəs elmi və ictimai sahələrdə də həqiqətən dönüş yarandı? Şiə ziyalıları və alimləri də meydana çıxdılarmı?
Mənim fikrimcə, bu iki böyük şəxsiyyətin ən mühüm nailiyyəti şiələri “yoxluq aləmindən varlıq aləminə çıxarmaları” oldu.
Yəni siz ümumiyyətlə siyasi, ictimai, mədəni, hətta dini tənliklərdə mövcud deyildiniz. Cənubi Livanda bu gün müqavimət sıralarında olan insanların bir çox babaları kommunist idilər. Evlərində Marksın, Leninin və Çe Gevaranın şəkilləri asılmışdı və sol düşüncəyə meylli idilər.
Şiə kimliyi demək olar ki, yox səviyyəsində idi. İqtisadi və ictimai inkişaf da demək olar ki, mövcud deyildi. Hətta şiə həkimimiz belə yox idi.
İmam Musa Sədr və şəhid Mustafa Çəmranın böyüklüyü onda idi ki, şiəliyi cəmiyyətin mərkəzinə gətirdilər. Bu, illərlə Dünya Çempionatına qatıla bilməyən bir komandanın ilk dəfə həmin yarışda iştirak etməsinə bənzəyirdi. Həmin komandanın sadəcə turnirdə görünməsi belə böyük uğur sayılır.
Şiəlik də o vaxta qədər ictimai-siyasi tənliklərdə yer almırdı, lakin onlar şiəliyi bu meydana çıxardılar.
Bundan sonra inkişaf prosesi davam etdi. Düzdür, İmam Musa Sədr oğurlandı, şəhid Mustafa Çəhran isə şəhid oldu, lakin onların atdığı ilk addım həlledici rol oynadı.
Əsas məsələ o idi ki, əvvəl ümumiyyətlə görünmədiyiniz bir vəziyyətdən bu gün qərar qəbul edən, başqaları ilə eyni masa arxasında oturan, sözü siyasi tənliklərdə eşidilən və nəzərə alınan bir mövqeyə yüksəldiniz.
Yəni siz ümumiyyətlə siyasi, ictimai, mədəni, hətta dini tənliklərdə mövcud deyildiniz. Cənubi Livanda bu gün müqavimət sıralarında olan insanların bir çox babaları kommunist idilər. Evlərində Marksın, Leninin və Çe Gevaranın şəkilləri asılmışdı və sol düşüncəyə meylli idilər.
Şiə məzhəbi demək olar ki, yox səviyyəsində idi. İqtisadi və ictimai inkişaf da demək olar ki, mövcud deyildi. Hətta şiə həkimimiz belə yox idi.
İmam Musa Sədr və şəhid Mustafa Çəmranın böyüklüyü onda idi ki, şiəliyi cəmiyyətin mərkəzinə gətirdilər. Bu, illərlə Dünya Çempionatına qatıla bilməyən bir komandanın ilk dəfə həmin yarışda iştirak etməsinə bənzəyirdi. Həmin komandanın sadəcə turnirdə görünməsi belə böyük uğur sayılır. Şiəlik də o vaxta qədər ictimai-siyasi tənliklərdə yer almırdı, lakin onlar şiəliyi bu meydana çıxardılar.
Bundan sonra inkişaf prosesi davam etdi. Düzdür, İmam Musa Sədr oğurlandı, şəhid Mustafa Çəmran isə şəhid oldu, lakin onların atdığı ilk addım həlledici rol oynadı.
Əsas məsələ o idi ki, əvvəl ümumiyyətlə görünmədiyiniz bir vəziyyətdən bu gün qərar qəbul edən, başqaları ilə eyni masa arxasında oturan, sözü siyasi tənliklərdə eşidilən və nəzərə alınan bir mövqeyə yüksəldiniz.

Seyid Həsən Nəsrullahın bu əlaqələrin formalaşmasında rolu nə idi? Bildiyimizə görə, o, təhsilinin bir hissəsini İraqın elmi hövzəsində almış, bir müddət də İranda olmuşdu.
Bəli, İranda da olub.
Mənim fikrimcə, əgər onun Hizbullah hərəkatının daxili quruculuğunda, təşkilatlanmasında və həmçinin strukturunun inkişafındakı rolunu bir kənara qoysaq, Seyid Həsən Nəsrullahın ən böyük xidməti Hizbullah hərəkatını beynəlxalq bir fenomenə çevirməsi oldu.
O elə bir simaya çevrildi ki, dünyanın hər yerində insanlar onun nə deyəcəyini gözləyirdilər.
O, Hizbullah hərəkatını tanınmazlıqdan çıxarıb dünya miqyasında məşhurlaşdırdı. Hizbullah qlobal bir hadisəyə çevrildi və hamı bu hərəkatın adını tanıdı. Halbuki başlanğıcda Hizbullah çox kasıb və məhdud imkanlara malik bir neçə gəncdən ibarət idi.
Digər mühüm məqam isə onun İslam İnqilabı və vilayət məfhumunda bütün varlığı ilə bağlı olması idi ki, bu da həqiqətən çox nadir xüsusiyyət idi.
Əgər indiyədək gördüyüm bütün din alimləri arasında İslam İnqilabına daha çox bağlı olan bir şəxsin adını çəkməli olsam, şəxsən Seyid Həsən Nəsrullahı birinci yerdə göstərərəm.
O, İran İslam Respublikasının həssas mövqeyini, onun strateji əhəmiyyətini və İslam dünyasında oynaya biləcəyi rolu çox yaxşı anlayırdı.
Özünü vilayətin itaətkarı hesab edir, onun qarşısında müstəqil mövqe tutmağa haqqı olmadığını düşünürdü.
Buna görə də Hizbullah hərəkatının ilk şüarlarına baxsanız, onların əsas mövqeyini ilayəti-fəqih və İran İslam Respublikası təşkil edirdi.
Hətta Hizbullahın ilk bayraqlarında «الجمهوریة الإسلامیة فی لبنان» («Livan İslam Respublikası») ifadəsi yazılmışdı. Sonralar onlara bildirildi ki, bu ifadə münasib deyil və buna görə «المقاومة الإسلامیة فی لبنان» («Livan İslam Müqaviməti») ifadəsi ilə əvəz olundu.
Hətta Hizbullah hərəkatının əleyhdarları da Seyid Həsən Nəsrullahın çıxışlarından sitatlar gətirirlər. O çıxışlarda belə deyirdi: «نحن و شیعة لبنان جزءٌ من الجمهوریة الإسلامیة» – «Biz və Livan şiələri İran İslam Respublikasının bir parçasıyıq». O, vilayəti-fəqih barədə elə danışırdı ki, sanki fəqihin vilayəti Livanda da hökm sürür.
Hətta bəzən deyirdi ki, bizim ayrıca rəhbərimiz yoxdur və bizim rəhbərimiz həzrət Ayətullah Xameneidir.
Demək istəyirəm ki, o, bu məsələni elə şəkildə idarə edirdi ki, bu, beynəlxalq mühitdə böyük həssaslıq doğururdu.
Sonralar, görünür, ona tövsiyə olundu ki, bu mövzular barədə danışarkən daha ehtiyatlı ifadələr işlətsin.
Mənim fikrimcə, Seyid Həsən Nəsrullah qeyri-adi xarizmaya malik idi. Elə bir xarizmaya ki, həm dostları, həm də düşmənləri onun şəxsiyyətini yüksək qiymətləndirir, müqavimət ruhuna görə ona hörmət bəsləyirdilər.
Məncə, bu, ilahi bir xarizma idi. İmam Xomeyninin xarizmasına bənzəyirdi.
Əgər məndən soruşsanız ki, İmam Xomeynidə məni yəni, argentinalı bir insanı İrana cəlb edən nə idi, doğrusu buna dəqiq cavab verə bilmərəm.
O vaxt nə onun fəlsəfəsini oxumuşdum, nə irfanını öyrənmişdim, nə də İslam İnqilabını yaxından tanıyırdım. Sadəcə İmam Xomeyninin şəxsiyyəti insanı özünə cəlb edirdi.
Bu, İmam Hüseyn (ə) barədə mövcud olan həqiqət kimidir. İnsan bunun nə olduğunu tam izah edə bilmir, amma daxilində onu İmam Hüseynə (ə) tərəf çəkən bir qüvvə hiss edir.
Seyid Həsən Nəsrullah barədə də eyni hiss mövcud idi. O, həqiqətən də çox fərqli şəxsiyyət idi. Hətta ərəb dünyasında da sağ olduğu müddətdə xüsusi nüfuza və mövqeyə malik idi.
Seyid Həsən Nəsrullahın Hizbullah üçün qazandırdığı şöhrət və nüfuzun əsas səbəbi nə idi?
Baxın, burada mühüm bir məqam var. Hər kəs məşhur ola bilər, amma əsas məsələ onun hansı səbəbdən məşhurlaşmasıdır.
Məsələn, mən sizi öldürsəm, şübhəsiz ki, məşhur olaram, amma mənfi bir dəyərlə.
Mənim fikrimcə, Seyid Həsən Nəsrullahın qazandığı şöhrətin səbəbi onun sözlə əməl arasında tam uyğunluq yaratması idi.
Bir tərəfdən, o elə bir Hizbullah hərəkatı formalaşdırmışdı ki, heç nədən qorxmurdu, meydana çıxırdı, şəhidlər verirdi, eyni zamanda bütün şiələr onu dəstəkləyirdi, düşmənlər isə ondan qorxurdular.
Digər tərəfdən isə güclü təbliğat sistemi qurulmuşdu. Çıxışlar, müraciətlər, televiziya proqramları, hətta müqavimət əməliyyatlarının görüntüləri də yayımlanırdı.
Məhz həmin görüntülər ərəb dünyasında bir nümunəyə çevrilmişdi. İnsanlar onları böyük həvəslə izləyir və ruhlanırdılar.
Beləliklə, iki amil – meydan və media – bir-birini tamamlayırdı.
Əslində təbliğatda da qayda budur: Əgər düzgün fəaliyyət göstərsəniz, amma bunu heç kim görməsə, təsiri çox az olar. Digər tərəfdən, yalnız gözəl çıxışlar və cəlbedici görüntülər olsa, amma praktikada uğur əldə edilməsə, bunun da nəticəsi olmaz.
Buna görə də əməl və media yanaşı olmalıdır.
Əgər misal çəkmək istəsək, Aşura misilsiz bir qəhrəmanlıq idi, lakin onun yanında misilsiz bir təbliğat da var idi.
Əgər həzrət Zeynəb (s.ə) olmasaydı, Kərbəla hadisəsi elə Kərbəlada qalacaq və tarixə bu şəkildə çatmayacaqdı.
Bu iki amil birlikdə öz həqiqi mənasını tapdı.
Mənim fikrimcə, Hizbullah hərəkatı da məhz bu yolu keçdi: Kərbəla ideologiyasında bir qəhrəmanlıq və həzrət Zeynəb məktəbi ruhunda bir media fəaliyyəti. Məhz uğurun sirri də burada idi.

Şəhid Seyid Həsən Nəsrullahın Livanda şəhid olması necə qarşılandı? Bu hadisə Hizbullah və Livandakı müqavimət cəbhəsinə daha çox müsbət təsir göstərdi, yoxsa əksinə?
Mənim fikrimcə, hər şeydən əvvəl bu, çox-çox ağır bir itki idi. Həm mənəvi, həm də qəlb baxımından çox çətin idi. Həqiqətən də heç kim buna inana bilmirdi.
Mənim üçün Hizbullah hərəkatının siması məhz Seyid Həsən Nəsrullah idi. Yəni Hizbullah hərəkatı deyiləndə ilk olaraq onun siması gözümün önünə gəlirdi.
Mən 1990-cı illərin əvvəllərində, iyirmi yaşlı bir gənc kimi Livana gəlmişdim ki, vəziyyətin necə olduğunu öz gözlərimlə görüm. Məni həmin yolda saxlayan da Seyid Həsən Nəsrullaha olan sevgi və bağlılıq idi. Əgər Seyid olmasaydı, bəlkə də elə ilk il Argentinaya qayıdar, öz həyatımı davam etdirərdim.
Buna görə də mənim üçün Hizbullah anlayışı Seyid Həsən Nəsrullahın şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlı idi. Söhbət yalnız onun özündən getmir. Elə bir şəxsiyyətdən gedir ki, belə bir insanın bu hərəkatın rəhbəri olduğunu görəndə, təbii olaraq həmin cərəyanın yanında olmaq istəyirdin.
Qəlb baxımından bu itki hələ də çox ağırdır və doğrusu, bu günə qədər onunla barışa bilməmişik.
Biz İranda da gördük ki, rəhbərin şəhid olması bəzi insanların baxışını dəyişdirdi. Livanda da Seyid Həsən Nəsrullahın şəhidliyi ictimai rəyə, hətta onun əleyhdarlarına belə təsir göstərdimi?
Seyid Həsən Nəsrullah hamının sevimlisi idi, amma bu mənada belə bir dəyişiklik baş vermədi.
Əlbəttə, bayaq qeyd etdiyim o dərin hüzn mövcud idi. Digər tərəfdən, Hizbullah hərəkatının mövqeyi və əhəmiyyəti hamı üçün əvvəlkindən daha aydın oldu.
Dünyanın bütün böyük güclərinin bir nəfəri və bir hərəkatı məhv etmək üçün birləşməsi özü göstərirdi ki, müqavimət nə qədər mühüm mövqeyə malikdir.
Həm Livanda, həm də Livandan kənarda çoxları başa düşdü ki, söhbət adi bir hərəkatdan getmir.
Lakin Livanın özündə Seyid Həsən Nəsrullahın şəhidliyindən bir neçə ay sonra baş verən hadisə mənim fikrimcə çox əhəmiyyətli idi.
Bir çoxları düşünürdü ki, Hizbullah yalnız Seyid Həsən Nəsrullahın sayəsində ayaqda dayanır və o olmasa, Hizbullah da süqut edəcək. Sanki mənasını itirmiş bir söz kimi yox olub gedəcək.
Amma onun şəhidliyindən sonra hamı gördü ki, bu, belə deyil.
Hizbullah hərəkatı təkcə bir nəfərdən ibarət deyil, eyni zamanda bu, bir yol, bir insani hərəkat, bir ideologiya, bir təşkilat və öz fəaliyyətini davam etdirən idarəetmə sistemidir.
Düşmənin təbliğatı belə idi ki, Seyid Həsən Nəsrullah və əsas komandirlər aradan götürüldükdən sonra artıq hər şey bitəcək. Sadəcə silahları da toplayacaqlar və sonra Hizbullah tarix muzeyinə göndəriləcək, yalnız tarixçilər onun haqqında yazacaqlar.
Amma belə olmadı.
Əksinə, Seyid Həsən Nəsrullahın şəhidliyi mücahidlər arasında yeni bir ruh yüksəkliyi yaratdı. Elə bir ruh yüksəkliyi ki, mücahidlər deyirdilər: Biz Seyid Həsən Nəsrullahın qanının intiqamını dayanmalı və onun yolunu davam etdirməliyik.
Son müharibədən sonra, Hizbullah hərəkatina qarşı siyasi təzyiqlər və media kampaniyalarına baxmayaraq, bu gün Livandakı vəziyyət necədir? Xalqın, Hizbullahın əsas qüvvələrinin və şiələrin ruhiyyəsini necə qiymətləndirirsiniz?
Ümumilikdə, insanlar həyat şəraiti baxımından çox ağır bir dövr yaşayırlar.
Psixoloji və mənəvi baxımdan da narahatlıq açıq şəkildə hiss olunur.
Vaxtilə Livanın simvoluna çevrilmiş təbəssümlər artıq əvvəlki kimi deyil. Həmişə rast gəlinən dost məclisləri və insanların bir yerə toplaşması da xeyli azalıb.
Əvvəllər hara baxsanız, bir neçə nəfərin birlikdə oturub qəhvə içdiyini, gülüb söhbət etdiyini görərdiniz. İndi isə bu mənzərə əvvəlki qədər görünmür.
Mən özüm də bir müddət əvvəl Livanda olmuşam və bu dəyişikliyi yaxından hiss etdim.
Əlbəttə, bu vəziyyət təbiidir. Çünki bu müddətdə yeddi-səkkiz min şəhid verilib və demək olar ki, hər ailədə yas var.
Mən özüm də dörd-beş yaxın qohumumu torpağa tapşırmışam.
Buna görə də insanların kədəri tamamilə hiss olunur.
Amma fikir və baxış baxımından heç bir sarsıntı yaranmayıb.
İnsanların düşüncə möhkəmliyi və ideoloji qətiyyəti əvvəlki kimi qalır.
Hətta bu müharibədə evini və ya yaxınlarını itirənlərdən bəziləri bu gün müqavimətin və Hizbullah cəbhəsinin təbliğatçısına çevriliblər.
Mən bunun çoxlu nümunələrini görmüşəm.
Digər tərəfdən, onlar hələ də müharibə şəraitində yaşayırlar. Buna görə də ruhdan düşə bilmirlər. Müharibənin gərginliyi və ab-havası davam edir, qarşıdurmalar hər gün baş verir.
Bu, İranın müharibə illərindəki vəziyyətinə bənzəyir. İnsanlar bütün çətinliklərə baxmayaraq müqavimət ruhunu qoruyurdular.
Bundan əlavə, Livan xalqı media müharibəsini və düşmənin təbliğatını da yaxşı anlayır.
Onlar başa düşürlər ki, insanların ruhiyyəsini sarsıtmaq üçün geniş təbliğat aparılır. Buna görə də cəmiyyətdə müəyyən mənada media müqaviməti də formalaşıb.
Amma mənfi bir məqam da var.
O da budur ki, gələcək hələ aydın görünmür və hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi məlum deyil.
Bu qeyri-müəyyənlik siyasi təhlillərdə də özünü göstərir.
Ümumiyyətlə, Livan xalqının xüsusiyyəti odur ki, demək olar, hər mövzu barədə fikir bildirir və adətən heç kim "bilmirəm" demir.
Lakin bu günlərdə kimdən soruşsanız, cavabı belə olur: "Məlum deyil."
Cəmiyyətdə ümumi bir qeyri-müəyyənlik və tərəddüd mühiti hökm sürür.
Bu qeyri-müəyyənlik daha çox İranın vəziyyəti ilə bağlıdır, yoxsa Livanın daxili şəraitindən qaynaqlanır?
Mənə elə gəlir ki, həm İran, həm də Hizbullah hərəkatı tərəfindən əvvəlkindən daha çox sükut hökm sürür.
Əvvəllər müqavimət cəbhəsində baş verən hər hadisə barədə səhər Əl-Mənar telekanalı xəbər verirdi, günortadan sonra reportaj və görüntülər yayımlanırdı, Seyid Həsən Nəsrullah da bu barədə danışır, sonra isə müxtəlif təhlillər təqdim olunurdu.
Amma indi demək olar ki, tam bir sükut hökm sürür.
Heç kim silahların vəziyyətinin necə olduğunu, İsrailin nə qədər irəlilədiyini və ya müqavimət əməliyyatlarının hansı mərhələdə olduğunu bilmir.
Bu sükut, istər təhlükəsizlik, istər siyasi, istərsə də başqa səbəblərdən olsun, insanların vəziyyət barədə dəqiq məlumat əldə etməsinə mane olub.
Məhz bu məlumatsızlıq və vəziyyətin aydın olmaması müəyyən dərəcədə narahatlıq yaradır.
İnsan, məsələn, zəlzələnin gələcəyini bilsə, heç olmasa psixoloji baxımdan özünü hazırlayar. Amma qarşıda nə baş verəcəyini bilməyəndə, bu qeyri-müəyyənlik insanda daha böyük psixoloji təzyiq yaradır.
Hazırda Livan cəmiyyətində də məhz belə bir vəziyyət hökm sürür.

Əgər elmi hövzələrə bir təklif verməli olsanız, sizcə bu gün Livan xalqına və müqavimət cəbhəsinə, xüsusilə mədəni sahədə dəstək vermək üçün hövzələr nə edə bilər?
Mənim bir tələbə kimi, insanların çoxsaylı müraciətlərini yaxından müşahidə edərkən gəldiyim nəticə budur ki, biz mənəvi və psixoloji dəstək məsələsində ciddi nöqsanlara yol vermişik.
Məsələn, Livanda elə insanlar var ki, evlərini itiriblər, iki övladını itiriblər, çoxlu yaxınları şəhid olub, işlərini də itiriblər.
Amma onlarla qurulan əlaqə adətən bununla məhdudlaşır ki, bank hesabı nömrəsi alınır və deyilir: "İnşallah sonradan zərərlər ödəniləcək", yaxud hüquqi və inzibati məsələlər araşdırılacaq.
Halbuki bu insanın ruhu var, qəlbi var, o insandır.
Heç kim gəlib deməyib ki, gəlin bu insanlara psixoloji və mənəvi baxımdan da dayaq olaq.
Məsələn, bizim qohumlardan biri dörd ay itkin idi.
Onun təxminən on yaşlı oğlu mənim övladımın dostudur.
Dörd ay ərzində atasından heç bir xəbər yox idi. Cəbhəyə getmişdi və onunla bütün əlaqə kəsilmişdi.
Cəmi bir neçə gün əvvəl onun şəhid olduğu xəbəri gəldi.
Mən həmin uşaqla söhbət edirdim. Həqiqətən çox ağır mənzərə idi.
O, son ana qədər atasının qayıdacağına ümid edirdi.
Onunla danışanda gördüm ki, bu dörd ay ərzində bir nəfər belə gəlib onunla söhbət etməyib, bir mücahidin atasından dörd ay xəbərsiz qalan övladının hansı vəziyyətdə olduğunu soruşmayıb.
Heç kim onu gəzməyə aparmayıb, onunla oynamayıb, restorana aparmayıb, heç olmasa bir saat onun yanında oturmayıb.
Demək istəyirəm ki, mənəvi və psixoloji dəstək demək olar ki, sıfır səviyyəsindədir.
Mənim fikrimcə, məhz burada elmi hövzələr öz rolunu oynaya bilər.
Məsələn, təbliğatçıların göndərilməsi... Amma təkcə çıxış etmək üçün yox.
Əgər mən olsaydım, bunu edərdim.
Baxın, pul insanın ruhunu sağaltmır.
Bəli, Livanın pula, ərzağa və yorğana ehtiyacı var, amma bunlardan daha çox insanın özünə ehtiyacı var.
Uruqvayın keçmiş prezidenti Xose Muxikanın bir sözü var. O deyirdi ki, bu mexanikləşmiş həyatda insanlardan soruşurdum: "Niyə övladlarınızla az vaxt keçirirsiniz?" Cavab verirdilər: "Onların yeməyə, pula və imkanlara ehtiyacı var."
O isə deyirdi: "Xeyr, onların ən çox sizə ehtiyacı var."
Uşaq hər şeydən əvvəl atasına ehtiyac duyur.
Mən də hesab edirəm ki, Livanda məsələ məhz budur.
Mənə elə gəlir ki, müqavimət mühitində münasibətlər həddindən artıq təşkilat xarakteri alıb.
Halbuki təşkilat insan deyil.
Təşkilat bu boşluğu doldura bilməz.
İcazə verin, şəxsi bir xatirə danışım.
Hövzədə bizim əxlaq ustadımız olan bir müəllimimiz var idi. O, eyni zamanda hövzədə məsul vəzifə daşıyırdı.
Mən onu çox sevirdim.
Bir neçə ildən sonra onu ziyarət etmək istədim.
Kabinetinə gedəndə katib soruşdu:
— Nə işiniz var?
Dedim:
— Mütləq işim olmalıdır? Mən sadəcə onu görmək istəyirəm.
Dedi:
— Görüş forması doldurmalı və gəliş səbəbinizi yazmalısınız.
Formanı götürdüm və "gəliş səbəbi" bölməsinə yazdım:
"Qəlblərin həsrəti."
Katib nə demək istədiyimi başa düşmədi.
Dedim:
— Elə bunu aparın, ustada göstərin və deyin ki, Süheyl Əsəd "qəlblərin həsrəti" səbəbi ilə gəlib.
Ustad formanı görəndə özü otaqdan çıxdı, məni qucaqladı və böyük səmimiyyətlə qarşıladı.
Demək istədiyim budur ki, həyatın bu tərəfi üçün biz ümumiyyətlə heç bir forma hazırlamamışıq.
Hər şey inzibati işə çevrilib: Ya imtahandır, ya qiymətdir, ya da təqaüddür.
Biz qəlblər üçün heç nə etməmişik.
Böhran, müharibə, cihad və şəhadət günlərində bir xalqı ayaqda saxlayan ən mühüm amil məhz bu mənəvi bağlılıq və insani ünsiyyətdir.
Yadımdadır, şəhid Ayətullah Xamenei ( Allah ona rəhmət eləsin ) bir dəfə Qum şəhərində, Camiətül-Mustəfa Universitetinin tələbələri ilə keçirilən görüşdə həzrət Məsumənin (s.ə) müqəddəs hərəmdə iştirak etmişdi.
Ondan əvvəl bir neçə nəfər tələbələrin sayı, məktəblər, müəllimlər və görülən işlər barədə statistik hesabat verdi.
Ali rəhbər çıxış edəndə isə cəmi iki cümlə söyləyərək bildirdi: «Xarici tələbələr bilsinlər ki, İran İslam Respublikasında onlar qərib deyillər. Siz bu evin sahibisiniz, siz mənim övladlarımsınız.»
Bütün zal göz yaşına boğuldu.
Həmin görüşün videosuna baxsanız görərsiniz ki, o, yalnız qəriblikdən danışdı və bir tələbəyə dedi: «Sən bu evin sahibisən», «Sən mənim övladımsan.»
Bu o deməkdir ki, həqiqi alim insanı anlayır.
Amma bu gün bəzi müəssisələrə müraciət edəndə ilk sual belə olur:
«Kodunuz nədir? Tələbə kodunuzu deyin.»
Mən bundan çox narahat oluram.
Mən Süheyl Əsədəm, mənim adım var.
Kod isə ikinci dərəcəli məsələdir.
Mənə elə gəlir ki, təşkilatlarda insani münasibətlər zəifləyib, onların yerini daha çox inzibati münasibətlər tutub.
Halbuki İslam insanla ünsiyyət dinidir.
Biz heç vaxt Salman Farsi və Əmmar Yasir haqqında danışanda onların «kodundan» söz açmırıq.
Onlar Salman idi, Əmmar idi və ən əsası insan idilər.
Bu gün hövzədə minlərlə pakistanlı tələbə var, amma çox vaxt onlar yalnız bir kodla tanınırlar.
Mənim fikrimcə, hövzənin əsas missiyası insanların qəlbi ilə əlaqə qurmaqdır.
Bu insanların bədənləri zərər görüb və artıq fiziki yaraların mərhələsi geridə qalıb.
İndi onların yeməkdən və yaşayış yerindən daha çox məhəbbətə, söhbətə, nəvazişə, qucaqlanmağa, nəsihətə və həmrəyliyə ehtiyacları var.
Əgər konkret bir təklif verməli olsam, deyərəm ki, bu mənəvi boşluğu doldura biləcək təbliğatçıların və qrupların göndərilməsi elmi hövzələrin görə biləcəyi ən mühüm işlərdən biridir.
Bəlkə başqa ehtiyaclar da var, amma bu, çox ciddi bir boşluqdur.
Pul göndərirlər, ərzaq göndərirlər, müxtəlif yardımlar edirlər, amma insani və emosional həmrəylik sahəsinin hələ də ciddi bir məsulu yoxdur.
Elmi hövzələr üçün konkret bir təklifiniz varmı? Məsələn, müharibədən zərər çəkmiş bölgələrdə bəzi məscidlər təbliğatçıların fəaliyyət mərkəzinə çevrilə bilərmi? Ruhani ailələri, şəhid ailələrini, yetimləri və zərərçəkənləri müəyyənləşdirərək təkcə onların yanında olmaqla kifayətlənməyib, məhəllələrdə mədəni, tərbiyəvi və dəstək proqramları həyata keçirə bilərlərmi?
Təəssüf ki, müharibə şəraiti hələ də davam etdiyi üçün mədəni fəaliyyətlər sonuncu prioritetə çevrilib.
Əgər konkret bir təklif verməli olsam, hesab edirəm ki, bu gün Livanın ən böyük ehtiyacı ailələr daxilində aparılan mədəni və mənəvi fəaliyyətdir.
İranda görürsünüz ki, evlərdə rövzə məclisləri, dini toplantılar, dərslər, bayram mərasimləri, nikah mərasimləri və müxtəlif proqramlar keçirilir. Amma Livanda bu mədəniyyət bu qədər geniş yayılmayıb.
Mən bunu şəxsən yaşamışam və görmüşəm ki, evlərdə aparılan mədəni fəaliyyət çox böyük nəticə verir.
Məsələn, bir kəndin və ya məhəllənin bütün uşaqları bir evə toplaşırlar. Hamını dəvət edirlər ki, hacıağa gələcək və dərs və ya dini söhbət keçirəcək.
Mövcud şəraitdə bu fəaliyyət üsulu məsciddən belə daha əhəmiyyətlidir.
Müharibə dövründə köçkünlərin sayı artanda Cənubi Livanın bəzi ruhani şəxsləri məhz bu üsulu tətbiq edirdilər və bunun çox gözəl nəticələri olurdu.
Evlər yenidən canlanmışdı.
Bir evdə Kumeyl duası, başqa bir evdə Təvəssül duası, başqa bir yerdə nikah mərasimi, bir evdə söhbət məclisi, digər evdə isə sosial problemlərin müzakirəsi keçirilirdi.
Beləliklə, evlər yenidən dirçəldi və yeni bir mədəni mühit formalaşdı.
Mənim fikrimcə, bu üsul insanların mənəvi və psixoloji ehtiyacları ilə tam uyğun gəlir.
Evin səmimi mühitində çox iş görmək mümkündür. Halbuki məsciddə proqram adətən bir çıxışla başa çatır və insanlar dağılışırlar.
Livan xalqı mədəni baxımdan çox səmimi ruhiyyəyə malikdir.
Onlar "xətib"dən çox, bir dost axtarırlar.
İstəyirlər ki, onların yanında oturan, onlarla futbol oynayan, qəhvə içən bir ruhani olsun. Hətta həmin şəxs cəmi bir hədis söyləsə belə, onlar üçün kifayətdir.
Bu hal mənim özümün də başına gəlib.
Dərs təşkil edirdim, heç kim gəlmirdi.
Amma dedik ki, gedək birlikdə pizza yeyək, şam edək, ya da qəhvə və qəlyan məclisi quraq, onda çox adam gəlirdi.
Həmin səmimi məclisdə həm hədis söylənirdi, həm də mədəni fəaliyyət aparılırdı.
Təbliğatçının məharəti də məhz cəmiyyətin vəziyyətini düzgün dərk etməsindədir.
Bu gün insanlar hər şeydən əvvəl çıxışa deyil, onların yanında olmağa, səmimiyyətə və həmrəyliyə ehtiyac duyurlar.

Yəni təklif edirsiniz ki, Qum şəhərində təhsil alan livanlı tələbələrin və ya Camiətül-Mustəfa Universitetinin tələbələrinin potensialından istifadə olunsun və onlar təşkilatlanmış şəkildə Livana göndərilsinlər?
Bəli, mənim fikrimcə, məhz bu imkanlardan istifadə edilməlidir.
Hazırda müəyyən təbliğat missiyası olmayan və ya təbliğ fəaliyyətinə az cəlb olunan ruhani şəxslər var.
Mənim özümün də Livanda belə bir təcrübəm oldu. Əslində yalnız Ramazan ayı üçün getmişdim, lakin müharibə şəraiti səbəbindən dörd ay orada qaldım.
Məhz belə qüvvələrdən istifadə etmək mümkündür.
Şükürlər olsun ki, ruhani çatışmazlığı yoxdur. Onların bir çoxu həmin bölgələrdə fəaliyyət göstərir və köçkünlərlə əlaqə saxlayır.
Əgər bu qüvvələr düzgün təşkilatlandırılsa, çox təsirli işlər görə bilərlər.
Sonda əlavə etmək istədiyiniz bir məqam varmı?
Bu gün əvvəlki dayaq nöqtəsi artıq mövcud deyil. Buna görə də hər hansı qərar qəbul etməzdən əvvəl indiki mərhələ düzgün dərk olunmalıdır.
Elmi hövzələrdən bir neçə nəfər Livana gedib bugünkü vəziyyəti yaxından görməlidir; keçmiş illərin təsəvvürü ilə deyil, bugünkü reallıqlarla tanış olmalıdır.
Bugünkü Livan əvvəlki Livan deyil.
Hizbullah hərəkatı da, cəmiyyət də, insanların problemləri də yeni bir mərhələyə daxil olub.
Mənim fikrimcə, bu günün ən böyük ehtiyacı həmin yeni reallığı düzgün tanımaqdır.
Əgər bu reallıq düzgün dərk olunarsa, yeni şəraitə uyğun təsirli və ümidverici həll yolları hazırlamaq mümkün olacaq.
Necə ki, müqavimət hərəkatı əvvəlki çətin dövrlərdə özünü yenidən quraraq yolunu davam etdirə bildi, bu mərhələ də yeni imkanların və yeni fəaliyyət modellərinin formalaşmasının başlanğıcı ola bilər. Bunun üçün isə bugünkü Livanı olduğu kimi tanımaq lazımdır.
Rəyiniz